G20-də liderlərə hədiyyə edilən şərflərin sirri nədir?
    • 11-09-2023, 12:03
    • 122

G20-də liderlərə hədiyyə edilən şərflərin sirri nədir?

Narenda Modi Yeni Dehlidə dünya liderləinə əl ilə toxunmuş pambıq şərf hədiyyə edib.

News24.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

G20 liderləri Hindistanın müstəqilliyinin atası sayılan və 1948-ci ildə öldürülən Mohandas K.Qandinin Rajghat memorialına daxil olarkən boyunlarına əllə toxunmuş şərflər taxıblar. Sülhün qlobal simvoluna çevrilən Qandi üçün xədi şərfləri özünəinamın simvolu idi. 

Bu, hindlilər tərəfindən yerli olaraq hazırlana bilən və o dövrdə idxal olunan və ya Britaniya istehsalı olan məhsulları boykot etmək üçün hazırlanmış bir geyim əşyası idi. 

Qandi tez-tez öz xədi paltarlarını ölkənin siyasi və iqtisadi azadlığını simvolizə edən çarxa və ya əyirici çarxda toxuyurdu.

Aydan