İrəvanın qərarları dərin təhlil tələb edir - Kreml
    • 11-09-2023, 16:24
    • 89

İrəvanın qərarları dərin təhlil tələb edir - Kreml

Ermənistan NATO üzvü olan ABŞ-la təlimlər keçirir, lakin KTMT təlimlərindən imtina edir. İrəvanın belə qərarları dərin təhlil tələb edir.

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə sıx dialoq vəziyyəti başa düşməyə kömək edəcək: “Moskva İrəvanın təlimləri dayandırmaq qərarlarının səbəblərini və məqsədlərini təhlil edəcək. Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və indi amerikalılarla təlimlər keçirmək istəyini necə bəyan etməsi fonunda yəqin ki, bizim üçün bunlar çox, çox dərin təhlil tələb edən qərarlardır. Ermənistanın məhz niyə belə qərarlar verdiyi, hansı məqsədlər güdüldüyü aydınlaşdırılır”, - Peskov qeyd edib.

O, əlavə edib ki, Rusiya Ermənistanla sıx dialoqda tərəfdaşının bu cür addımlarını “anlamağa” çalışacaq. TASS xəbər verir ki, Kreml nümayəndəsi Ermənistan rəhbərliyinin KTMT-dən çıxması ilə bağlı rəsmi açıqlamalar vermədiyini də xatırladıb.

Akqabay