Ermənistan Moskvanı buna görə narahat edir - Ryabkov açıqladı
    • 7-09-2023, 13:58
    • 304

Ermənistan Moskvanı buna görə narahat edir - Ryabkov açıqladı

“Rusiya Ermənistandakı müttəfiqlərinin diqqətini elə bir şəkildə yönəldib ki, onların ABŞ-la keçirəcəyi hərbi təlimlər Moskvada narahatlıqla qarşılanır”.

News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Moskva hesab edir ki, KTMT ölkələri ilə hərbi təlimlərin keçirilməsi praktikasına riayət etməlidir. Ermənistan KTMT-nin müttəfiqidir, biz bunu rəhbər tutmuşuq, müttəfiqlik ruhundan çıxış edərək, həmin ittifaqa daxil olanlarla hərbi təlimlər keçirmək praktikasına əməl etməliyik. Biz buna diqqət edirik. Ermənistandakı müttəfiqlərimizin də diqqətini bunun bizim tərəfimizdən narahatlıqla qəbul edildiyinə yönəltmişik”, - Rusiya rəsmisi bildirib.

Ayşən