-
- 12-09-2023, 10:42
- 425
Dəhşətli daşqın: iki min ölü, yeddi min itkin
"Daniel" siklonu Liviyanın şimal-şərqində fəlakət törədib.
News24.az xəbər verir ki, daşqın nəticəsində yaşayış binaları və sosial obyektlər, o cümlədən xəstəxanalar su altında qalıb.
Hava limanları və dəniz limanları bağlanıb, təsirlənmiş ərazilərdə komendant saatı qüvvədədir. Tüğyan edən təbii fəlakət nəticəsində iki mindən çox insan həlak olub, daha 7 min nəfər isə itkin düşənlər siyahısındadır.
Liviya Prezident Şurası su basmış əraziləri fəlakət zonası elan edərək, dost ölkələrin rəhbərlərinə və beynəlxalq təşkilatlara siklondan zərər çəkmiş rayonların sakinlərinə yardım göstərilməsi xahişi ilə müraciət edib.
Aynurə