"Ermənistan Putinin sözlərindən nəticə çıxartmalıdır" - DEPUTAT
    • 12-09-2023, 18:24
    • 225

"Ermənistan Putinin sözlərindən nəticə çıxartmalıdır" - DEPUTAT

"Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib. O, qeyd edib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləməyə maraqlı deyil. Putin bununla Azərbaycana dəstəyini açıq şəkildə ifadə edib. Maraqlıdır, Putinin bu dəstəyinin arxasında nə dayanır? O, bununla Qafqazda əsas söz sahibin Rusiya olması barədə Qərbə mesajmı verir?

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Rusiya prezidentinin bu günlərdə Qarabağla bağlı verdiyi açıqlamalar onu göstərir ki, Azərbaycanın suveren hüquqları dünya tərəfindən daha çox və qətiyyətlə tanınır.

"O cümlədən regiona sərhəd olan, regionda maraqlı olan Rusiya kimi böyük bir dövlətin rəhbərliyi artıq neçənci dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini qətiyyətlə ortaya qoyur və Ermənistanın Rusiyanı Azərbaycana qarşı çirkin niyyətlərində istifadə etmək niyyətlərinə yox deyir. Ermənistan Putinin sözlərindən nəticə çıxartmalıdır və bilməlidir ki, heç bir halda nə Azərbaycan özünün ərazisini güzəştə gedəcək, nə də dünya  bu həqiqətdən geri çəkilməyəcək. ABŞ Dövlət Departamentinin Qarabağda separatçıların seçki teatr oyununu qəbul etməməsi də buna bir daha sübut etdi. Azərbaycan öz hüquqlarını ən yüksək səviyyədə qoruyur və bu məsələdə bizə dəstək verən istənilən güc mərkəzləri ilə həmişə əməkdaşlıq edir".

Aydan