"UEFA təcili ermənilər barədə ölçü götürməlidir" - Vüqar İskəndərov
    • 12-09-2023, 17:27
    • 304

"UEFA təcili ermənilər barədə ölçü götürməlidir" - Vüqar İskəndərov

Xəbər verdiyimiz kimi,  futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar İskəndərov bildirdi ki, erməni cəmiyyəti tarixən zəhərlənmiş bir toplum olub.  Onlar öz körpə uşaqlarına belə, nifrəti, kini aşılayırlar. 

"Tarix təkrarlanır. Onlar keçən əsrdə də belə idilər indi də. Onlar bu iyrənc oyunlarına idmanı, mədəniyyəti alət etmələri artıq adət halını alıb. Bu hərəkətlə beynəlxalq idman qurumları tərəfindən mütləq nəzərə alınmalıdır və onlar ağır şəkildə cəzalandırılmalıdırlar. Dünyada heç bir ölkə tərəfindən tanınmayan  bir qurumun təbliğ olunması yolverilməzdir. Bu hərəkətlər idman ənənələrinə ziddir. Düşünürük ki, UEFA təcili olaraq bununla bağlı öz reaksiyasını bildirməli, ermənilər barədə ğlçü götürməlidir. Ümumiyyətlə, Beynəlxalq Olimpiya Komitəsi, dünya idman təşkilatları, qurumları ermənilərin artıq o iyrənc hərəkətlərini, idmandan istifadənin qarşısını almağa yönəlmiş addımlar atmalıdır"

Aydan