Qırğızıstan XİN:
    • 12-09-2023, 21:48
    • 192

Qırğızıstan XİN: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

"Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir".

News24.az  xəbər verir ki, bu Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır", - bəyanatda bildirilib.