Ermənistanda koronavirusun yeni növü aşkar edildi
    • 13-09-2023, 15:42
    • 73

Ermənistanda koronavirusun yeni növü aşkar edildi

Ermənistanda omikronun yeni alt növü aşkar edilib.

News24.az "Hraparak"-a istinadən xəbər verir ki, Omicronun əsasən BA.2.86 (Pirola) və EG.5 (Eris) versiyaları  yayılır.

Sentyabrın 12-nə olan məlumata görə, son 7 gündə Ermənistanda 71 nəfər COVID-19-a yoluxub. Bu da əvvəlki həftə ilə müqayisədə 29 nəfər artıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada COVID-19-a yoluxma hallarının sayı artır və Avropa regionunda Omicron-un bir neçə alt tipi yayılır. 

Qumral