Rusiyada qütb parıltısı müşahidə edildi - FOTO
    • 13-09-2023, 16:23
    • 190

Rusiyada qütb parıltısı müşahidə edildi - FOTO

Sentyabrın 12-də baş verən maqnit qasırğası zəif gücünə və nisbətən qısa müddətə olmasına baxmayaraq, Rusiya ərazisi üzərində auroraların görünməsinə səbəb olub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş-Rentgen Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu bildirib.

Avrora Moskva vaxtı ilə saat 18:00 radələrində başlayıb və 21:00-a qədər davam edib.

Ən sıx parıltı təxminən 70 dərəcə enlik bölgəsində, yəni Sankt-Peterburqun şimalında görünüb.

Aynurə