Avstraliya İrana qarşı sanksiya TƏTBİQ ETDİ
    • 13-09-2023, 17:43
    • 130

Avstraliya İrana qarşı sanksiya TƏTBİQ ETDİ

Avstraliya Xarici İşlər Nazirliyi bu gün Məhsa Əmininin (keçən il “Əxlaq” polisi tərəfəindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) birinci ildönümündə İranın bır sıra rəsmi qurumlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. 

News24.az xəbər verir ki, sanksiyalar siyahısında 4 şəxsin və 3 qurumun adı yer alıb. Belə ki, siyahıda İranın Teleradio və Yayım Təşkilatının jurnalistləri Əli Rzvani və Əminə Səadət Zəbihpur, eləcə də Polis Qüvvələrinin rəisi Vəhid Məcid və sözçüsü Səid Müntəzir Əl-Mehdinin adları qeyd edilib. 

Sanksiya tətbiq edilən qurumlar siyasında isə Teleradio və Yayım Təşkilatına bağlı “Press TV” televiziya kanalı və “Əbər Ərvan” Cəmiyyəti yer alıb.

Aynurə