Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı
    • 13-09-2023, 18:30
    • 97

Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı

Rusiyanın fərd və təşkilatlarına qarşı mövcud olan sanksiyaların vaxtı uzadılıb.

News24.az xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurası qərar qəbul edib. 

Qərara əsasən, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılıb. 1800 şəxs və quruma qarşı tətbiq olunan müxtəlif qadağalar 15 Mart 2024-cü ilə qədər davam edəcək. Eyni zamanda 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.

Xatırlada ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib.

Qumral