Bakıda evdə yanğın olub- FOTOLAR
    • 14-09-2023, 01:15
    • 132

Bakıda evdə yanğın olub- FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.