Məşhur azərbaycanlı iş adamı sanksiya siyahısından ÇIXARILDI
    • 14-09-2023, 10:48
    • 264

Məşhur azərbaycanlı iş adamı sanksiya siyahısından ÇIXARILDI

Avropa İttifaqı rusiyalı iş adamları Qriqori Berezkin, Aleksandr Şulqin və azərbaycanlı milyarder Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb. 

News24.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi sənədində deyilir.

Avropa İttifaqı bu şəxslərə qarşı sanksiyaları uzatmayıb, məhdudiyyətlər sentyabrın 15-də başa çatıb.

“İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin təklifini nəzərə alaraq, daha üç şəxs haqqında yazılar bu əlavədən çıxarılsın”, - sənəddə rusiyalı iş adamlarının adları qeyd edilir.

Akqabay