DTX rusiyalı milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində axtarış aparır
    • 18-11-2022, 17:20
    • 517

DTX rusiyalı milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində axtarış aparır

Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

News24.az xəbər verir ki, Fərhad Əhmədov Rusiyadakı milyarderlərin reytinq sıralamasında 1,7 milyard dollarlıq kapitalla 49-cu yerdədir. 

Ona qarşı Britaniyada və Avropa İttifaqında sanksiyalar tətbiq olunub.

F.Əhmədovun Azərbaycandakı əsas biznes aktivi "Aznar" şirkətidir. /Milli.Az/