Dörd rusiyalıya qarşı sanksiyalar ləğv EDİLİB
    • 14-09-2023, 00:25
    • 195

Dörd rusiyalıya qarşı sanksiyalar ləğv EDİLİB

Avropa İttifaqı üç rusiyalı biznesmen və bir hərbçiyə qarşı sanksiyaları uzatmayacaq. Sanksiyalar sentyabrın 15-də başa çatacaq.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il dünyasını dəyişən rusiyalı iş adamı Qriqori Berozkin, “Northgas” şirkətinin keçmiş prezidenti və həmsahibi Fərhad Əhmədov, Rusiyanın “Ozon” internet mağazasının keçmiş sədri Aleksandr Şulqin və rusiyalı polkovnik Georgi Şuvayevə qarşı sanksiyalar götürülüb.

Eyni zamanda, Aİ Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb.