İranda göydən naməlum cismlər düşdü -FOTO
    • 18-09-2023, 11:50
    • 508

İranda göydən naməlum cismlər düşdü -FOTO

İranın şimalındakı Gülüstan əyalətinin mərkəzi şəhəri olan Qorqanda göydən düşdüyü bildirilən naməlum metal əşyalar ictimaiyyətdə qorxuya səbəb olub.

News4.az xəbər verir ki, görüntüləri "Tasnim" xıbır agentliyi paylaşıb.

Şəhərin və kəndin müxtəlif məhəllələrinə düşən, bomba effekti yaradan obyektlərin bəzi evlərə və iş yerlərinə maddi ziyan vurduğu müşahidə edilib.

İctimaiyyətdə qorxuya səbəb olan hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməsə də, xəsarət alanlar və insan tələfatı ilə bağlı məlumat paylaşılmayıb.

Aydan