"Antiterror əməliyyatları uğurla başa çatacaq" - TÜRK GENERAL
    • 20-09-2023, 12:34
    • 62

"Antiterror əməliyyatları uğurla başa çatacaq" - TÜRK GENERAL

Məlum olduğu kimi, ötən gün Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı terrorçu və qanunsuz silahlı birləşmələrə qarşı antiterror tədbirlərinə başlayıb lokal xarakterli addımlar atıb.

Ölkə başçısı İlham Əliyev bölgədəki qanunsuz silahlı dəstələrin silahı yerə qoyduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını bildirdi. 

Mövzu ilə bağlı News24.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz hesab edir ki, lokal addımların həm siyasi, həm də hərbi məqsədləri uğurla başa çatacaq.

“Çünki başqa çarələri də yoxdur. Onlar silahlarını yerə qoyub təslim olmalıdırlar.

Azərbaycan antiterror əməliyyatlarını humanist duyğularla, oradakı əhaliyə zərər vurmadan, qida dərman kimi vasitələrlə təmin edərək həyata keçirir. Bununla da dünya tarixinə dərs verir”.

Onun sözlərinə görə, antiterror əməliyyatının həm hərbi, həm də siyasi mahiyyəti var: “Separatçıların bölgədən çıxarılması - bu da uğurlu şəkildə həyata keçirilir. Və Ermənistanın sülh, danışıqlar masasına oturması. Bölgədəki son terrorçu tərksilah olana, oradakı qondarma "siyasi rejim"in ərazilərdən çıxarılana qədər əməliyyatlar davam edəcək.

Azərbaycan ölkəsinə, torpağına, əsgərinə qarşı baş tutan terror hücumlarına son qoymaq məqsədi ilə anti-terror əməliyyatlarına başlayıb. 

3 ilə yaxın müddətdir Azərbaycan ərazisini tərk etməyən qanunsuz silahı dəstələrinə qarşı lokal xarakterli addımlar atıb. Separatçıların bölgədən çıxarılması - bu da uğurlu şəkildə həyata keçirilir”. 

Ayşən Rəhim