Vidadi Fərhadovun qardaşı da Şuşada şəhid OLUBMUŞ
    • 20-09-2023, 12:54
    • 371

Vidadi Fərhadovun qardaşı da Şuşada şəhid OLUBMUŞ

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis vəzifəsində çalışan Fərhadov Vidadi Aydın oğlu həlak olub.

News24.az Gundem.az-a istinadən xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. 

V.Fərhadov doğulduğu Şuşa şəhərində dəfn olunacaq.