Şəhid polisin acı həyat HEKAYƏSİ
    • 20-09-2023, 14:02
    • 1 520

Şəhid polisin acı həyat HEKAYƏSİ

Sentyabrın 19-da erməni terroru nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov 5 ay əvvəl ailə həyatı qurubmuş.

News24.az-ın əldə etdiyi məlumata görə, Xəzər Zamanov ailənin üçüncü övladı olub. 5 ay öncə ailə həyatı quran Xəzər övlad yolu gözləyirdi. Xəzər Zamanovun əmisi də Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. Atası isə 13 il əvvəl faciəli şəkildə vəfat edib. Belə ki, Xəzər dənizdə boğularkən atası onu xilas etsə də, özü dənizdə boğulur. Bu gün Xəzər illər öncə onu ölümdən xilas edən atasının yanında dəfn olundu.