-
- 20-09-2023, 14:31
- 820
Selçuk Bayraktardan Qarabağla bağlı PAYLAŞIM
Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanla bağlı paylaşım edib.
News24.az OLAY-a istinadən xəbər verir ki, S.Bayraktarın "X" (keçmiş Twitter) sosial şəbəkəsində etdiyi paylaşımda deyilir:
"Tarix boyu paylaşdığımız tale birliyini bu gün də davam etdiririk. Biz fəxrlə Can Azərbaycanın haqlı Qarabağ davasında yanındayıq".