Ərdoğan İlham Əliyevlə telefonla danışıb
    • 21-09-2023, 00:18
    • 300

Ərdoğan İlham Əliyevlə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X"də məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərdən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Eyni zamanda, Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir daha ifadə edib.

Liderlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Leyla SƏMƏNDƏR