Bu ölkədə siçovul öldürən HƏBS OLUNACAQ
    • 22-09-2023, 09:03
    • 719

Bu ölkədə siçovul öldürən HƏBS OLUNACAQ

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna görə, onurğalı heyvanları o cümlədən siçanları vuran, yaralayan və ya öldürənlər həbs və ya cərimə ilə cəzalandırılacaq. 

Konqres tərəfindən təsdiq edilmiş cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəsə “6 aydan 18 aya qədər həbs cəzası və ya 18 aydan 24 aya qədər ictimai iş” nəzərdə tutur.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir; Buna görə də balıq, siçan, it və ya kərtənkələləri öldürülənlər də eyni şəkildə cəzalandırılacaq.

Evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olsa, şəxs polisə məlumat verərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası alacaq.

Günəş Mərd