4 ayda 16 min 498 ev heyvanı TƏRK EDİLİB
    • 7-09-2023, 23:24
    • 183

4 ayda 16 min 498 ev heyvanı TƏRK EDİLİB

Fransada 4 ayda 16 min 498 ev heyvanının sahibləri tərəfindən tərk edilib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Fransada Heyvanları Qoruma Dərnəyinin (SPA) verdiyi açıqlamada ölkədə yay dövrü hesab edilən may, iyun, iyul və avqust aylarında 16 min 498 ev heyvanının küçələrdə qaldığı qeyd edilib.

Açıqlamada heyvanların 4 min 54-nün it, 11 min 564-nün isə pişik olduğu bildirilib.

Ölkə üzrə hər gün 134-dən çox heyvanın sığınacaqlarda qaldığı və bu yüksək rəqəmin heyvan sahiblərinin məsuliyyətsizliyini göstərdiyi qeyd olunub. 

Hazırda birliyin sığınacaqlarında 7 min 994 baş heyvan olduğu və bu rəqəmin 2022-ci illə müqayisədə 2,4 faiz çox olduğu vurğulanıb.

Bu il sığınacaqlarda 13 min 131 baş heyvanın övladlığa götürüldüyü və bu rəqəmin ötən illə müqayisədə 5,2 faiz azaldığı da bildirilib. 

Günəş Mərd