"Bank Respublika" müştəriyə niyə cavab vermir? - FOTO
    • 22-09-2023, 12:19
    • 439

"Bank Respublika" müştəriyə niyə cavab vermir? - FOTO

Xəbər verdiyimiz kimi, xaricdə yaşayan "Bank Respublika"nın azərbaycanlı müştərisi Əflatun Əliyev kartına Azərbaycandan pul yükləndikdən sonra müxtəlif məbləğlərdə pul çıxarıldığı barədə şikayətçi olmuşdu.

Pul çıxarıldıqdan sonra şikayətçiyə “Zara” və digər brendlərdən alış-veriş edildiyi barədə bildiriş gəlir. Ə.Əliyev son 3 ayda bu halla bir neçə dəfə qarşılaşıb və bu barədə banka şikayət ünvanlayıb. Lakin bank şikayətçinin şikayətinə biganə yanaşıb. İddialarla bağlı "Bank Respublika" ilə əlaqə saxladıq. "Bank Respublika" şikayətin araşdırılıb müvafiq tədbirlər görüləcəyini desə də, üzərindən 1 həftədən çox vaxt keçməsinə baxmayaraq müştəri ilə heç bir əlaqə yaradılmayıb. Eyni zamanda ünvanladığımız sorğular da cavabsız qalıb.

Qumral Əliyeva