3 nəfərin ölümündə təqsirli bilinən məmur həbs edildi
    • 22-09-2023, 17:11
    • 390

3 nəfərin ölümündə təqsirli bilinən məmur həbs edildi

Masallı rayon məhkəməsində 3 azyaşlının ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən  Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən İdrak Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ. Həsənov 5 il 2 ay azadlıqdan məhrum edilib. 

İttihama görə, 2018-ci ildə Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir–Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin karroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.

Bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdirilib. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altnda toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.

İdarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilsə də, onlar əsas təqsirkarı  İdrak Əsədli olduğunu deyiblər.

Həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi işləmiş, 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib. İ. Həsənov istintaqdan yayınaraq İrana qaçıb.

Samir Əli