"Şuşaya gedirəm" - BABAYAN TƏSLİM OLUR
    • 28-09-2023, 10:15
    • 302

"Şuşaya gedirəm" - BABAYAN TƏSLİM OLUR

Azərbaycan tərəfi müvafiq araşdırma aparmaq üçün mənim Bakıya gəlməyimi tələb etdi. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim.

News24.az “Hraparak”a istinadla xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıbaşının “müşaviri” David Babayan Feysbuk səhifəsində yazıb.

““Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən  Şuşaya getmək qərarına gəldim. Təbii ki, bu qərar yaxınlarıma böyük ağrı, təşviş və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər”, - Babayan qeyd edib.

 Ayşən