"Ermənilər Qarabağa qayıdacaqlar Rusiya çalışacaq ki..
    • 28-09-2023, 16:00
    • 313

"Ermənilər Qarabağa qayıdacaqlar Rusiya çalışacaq ki.." - POLİTOLOQ

“Qondarma rejimin əldən buraxılması prosesindən sonra gedən dəyişikliklər fonunda Qarabağdan Ermənistana gedən ermənilər arasında yenidən Xankəndiyə qayıtmaq istəyənlər olacaq”.

Bu sözləri News24.az-a açıqlamasında hərbi ekspert və politoloq Telman Qasımov deyib. 

Onun sözlərinə görə, bu prosesdə maraqlı tərəflərdən biri də Rusiyadır: “Çalışacaqlar ki, onlardan ən azı 10 min nəfəri yenidən Qarabağda məskunlaşsın. Bununla rus sülhməramlı kontingenti də bölgələrimizdə nəzarət prosesinin uzadılmasına nail olmaq istəyəcəklər.

Bu, zamanla həyata keçəcək. Azərbaybaycan heç bir erməni sakinini Qarabağdan qovub çıxarmır, onlar öz istəkləri nəticəsində ərazilərimizi tərk edirlər. Erməni əhalisi Ermənistanın yaratdığı qorxuya görə gedirlər. Bir müddət sonra Azərbaycan tərəfiinin qorxuya səbəb olacaq hər hansı bir hadisəni yaratmadığını gördükdə yenidən geri dönmək istəyəcəklər.Düşünmürəm ki, ermənilər Qarabağı tam tərk edib gedəcəklər. Məlumdur ki, Rusiya onları Ermənistana ona görə göndərib ki,  narazı təbəqə Paşinyana qarşı çevriliş cəhdində iştirak etsinlər və vəziyyəti alovlandırsınlar”.

Politoloq bildirib ki, hadisələr çox çevik şəkildə inkişaf edir. O hesab edir ki, Rusiya Qarabağ ermənilərini yenidən qaytaracaq.

“Onların ərazilərimizdə məskunlaşması Azərbaycan hüquqları çərçivəsində həyata keçiriləcək", - deyə T.Qasımov fikrini yekunlaşdırıb.

Ayşən