"Qarabağ" onu yola salacaq, RAZILIQ ƏLDƏ EDİLDİ
    • 29-09-2023, 17:09
    • 399

"Qarabağ" onu yola salacaq, RAZILIQ ƏLDƏ EDİLDİ

“Qarabağ”ın qış fasiləsində komandadan göndərəcəyi futbolçunun adına aydınlıq gəlib. 

News24.az Apasport.az-a saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Adama Diakabi ilə yollarını ayıracaq. 

Onunla artıq razılıq əldə edilib. Fransalı futbolçu özü də, hazırda klub axtarışındadır. “Monako”nun sabiq futbolçusunun hansı komandaya keçəcəyi isə hələ ki, bəlli deyil. Amma qışda onunla yolların ayrılacağı konkretləşib.