“Fənərbağça” rəqibini darmadağın ETDİ
    • 1-10-2023, 20:21
    • 507

“Fənərbağça” rəqibini darmadağın ETDİ

Türkiyə Superliqasında VII turun oyunları davam edir. 

News24.az xəbər verir ki, “Fənərbağça” öz meydanında “Rizespor”la qarşılaşıb. Meydan sahibləri rəqib qapısından beş cavbsız top keçirib. 

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.