Erməniləri ifşa edən ABŞ konqresmeninə hücum edildi - FOTO
    • 3-10-2023, 12:02
    • 258

Erməniləri ifşa edən ABŞ konqresmeninə hücum edildi - FOTO

ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar (Texas ştatından olan demokrat) Kapitoliyaya yaxın ərazidə hücuma  məruz qalıb. Hücum edənlər onu hədələyərək avtomobilini qaçırıblar.

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” polisə və Kuelların köməkçilərinə istinadla məlumat yayıb.

Polisin məlumatına görə, hücum edənlər konqresmenin şəxsi əşyalarını da oğurlayıblar. Onlardan ən azı biri silahlı olub.

İlkin məlumata görə, Kuellar özü xəsarət almayıb.

Qeyd edək ki, Henri Kuellar ABŞ Konqresinin Azərbaycan qrupunun həmsədridir. O, bu əməkdaşlıq çərçivəsində dəfələrlə Azərbaycan rəsmiləri ilə rəsmi səviyyədə görüşlər keçirib. Demokratlar partiyasının üzvü olan Kuellar həm də ABŞ prezidenti Baydenin sərhəd siyasətini də tənqid edən senatorlardan hesab olunur.

Henri Kuellar ABŞ Konqresində Ermənistan əleyhinə bir çox səsvermədə iştirak edib. O, Ermənistanla bağlı bir çox tədbirə qatılmayıb və keçirilən səsvermələrdə Ermənistanın, qondarma "soyqırımın" əleyhinə səs verməsi, erməni yalanını ifşa etməsi ilə gündəmə gəlib. Kuellar Azərbaycan və Türkiyə ilə bağlı bir çox tədbirdə yaxından iştirak edib və səsvermələrdə aktiv iştirak edib. O, Həmçinin 2018-ci ildə Ermənistan səfəri çərçivəsində dövlət rəsmiləri əvəzinə sadəcə ABŞ səfirliyinin şəxsi heyəti ilə görüş keçirib.

Akqabay