Sərnişin avtobusu çaya düşdü: Ölənlər var
    • 10-05-2024, 17:37
    • 140

Sərnişin avtobusu çaya düşdü: Ölənlər var

Rusiyanın St. Sankt-Peterburq şəhərində sürücünün sükanı itirməsi nəticəsində içərisində 20-yə yaxın sərnişinin olduğu avtobus nəqliyyat vasitəsinə çırpılaraq Moika çayına düşüb.

News24.az xəbər verir ki, qəzadan sonra ətrafdakı insanlar avtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri xilas etmək üçün çaya atılıb. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 18 texnikası və 69 canlı qüvvəsi göndərilib.

Avtobus körpüyə batmasın deyə kəndirlərlə bağlanıb. Qapalı vəziyyətdə qalan bəzi sərnişinlər avtobusun yuxarı hissəsindəki havalandırmadan çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada avtobusda olan sərnişinlərdən 4-nün öldüyü, xilas edilən 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Müalicə altında olan sərnişinlərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilsə də, ölənlərin sayının artacağından ehtiyat edilir.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı rəsmi araşdırmaya başlanıldığını açıqlayıb.

Avtobus sürücüsünün saxlanıldığı bildirilərkən, çaydan çıxarılan avtobusda texniki ekspertizanın aparılacağı açıqlanıb.

Günel Məlikzadə