Rəhim Rəhimlinin anası:
    • 4-10-2023, 14:38
    • 424

Rəhim Rəhimlinin anası: "Mənə deyirdi ki..."

Mərhum müğənni Rəhim Rəhimlimlimin anası Firəngiz xanım "Elgizlə izlə" verilişində oğlundan danışıb.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, mərhum ifaçının anası bu sözləri deyib:

"Bütün günü ürəyimdə Rəhimlə danışıram. O, məni həyatdan küsdürdü. Çox mehriban idi. Bütün günü onu düşünürəm. Hamı balamın qədrini bildi, özündən başqa. Mənə deyirdi ki, sənsiz necə dözərəm. Mən də ona deyirdim ki, oğul, mən sənsiz necə dözərəm. Ancaq həyat elə etdi ki, özü məndən əvvəl getdi. Mənə dostları Rəhimin xeyirxah əməllərindən, etdiyi yaxşılıqdan danışırlar. Mən onları bilmirdim. Dostlarından evimizə Niyam Səlami gəlmişdi".