Maykl Cekson haqqında film ÇƏKİLƏCƏK
    • 4-10-2023, 18:08
    • 230

Maykl Cekson haqqında film ÇƏKİLƏCƏK

Amerikalı pop müğənnisi Maykl Cekson haqqında bədii film çəkiləcək.

News24.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.

"Lionsgate" kinostudiyasının “Michael” adlı layihəsinin direktoru Antuan Fukua olacaq. 

Qeyd edilir ki, filmin dünya miqyasında yayılmasına “Universal Pictures İnternational” məsul olacaq.

Maykl Ceksonu canlandıracaq şəxsin kimliyi hələlik məlum deyil.

Aynurə