Bu gündən uşaqlar siqaret ALA BİLMƏYƏCƏK
    • 5-10-2023, 10:17
    • 570

Bu gündən uşaqlar siqaret ALA BİLMƏYƏCƏK

Bu gündən İngiltərədə 14 yaşında olan uşaqlar qanuni olaraq siqaret ala bilməyəcək.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak qanun imzalayıb.

Rişi Sunak hər il satınalma yaşını bir il artırmaqla gələcək nəsillər üçün siqaretlə bağlı ölümlərin qarşısını almaq üçün iddialı bir plan təqdim edib.

"Uşaqlarımız üçün doğru olanı etmək istəyiriksə, ilk növbədə gənclərin siqaretə başlamasının qarşısını almağa çalışmalıyıq.  Çünki ciddi dəyişiklik olmasa, yaxın illərdə minlərlə uşaq siqaret çəkməyə başlayacaq və onların ömürləri qısalacaq", - deyə nazir qeyd edib.

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərədə 5 milyondan çox, Böyük Britaniyada isə 6 milyondan çox siqaret çəkən var.

Sunak onu da əlavə edib ki, artıq ölkədə 18 yaş qrupunda siqaretin yayılması yüzdə 30 faiz azalıb, ancaq elektron siqaretdən istifadə halları artıb.

Aynurə