Bir skuterçinin əlində aciz qalan polis
    • 5-10-2023, 14:51
    • 180

Bir skuterçinin əlində aciz qalan polis

Belçika polisi bir neçə gündür bir skuterçini saxlamağa çalışır. 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, skuterçi həftə ərzində 4 dəfə 100 km/saat sürətlə polislərin yanından keçib. Lakin Brüssel polisi onu adi qaydada süni maneə yaradaraq saxlamağa risk etmir. 

Polisin açıqlamasında bildirilir ki, bu sürətlə qəza baş verərsə skuterçinin həyatda qalmaq şansı sıfıra bərabərdir. Buna görə də kəskin addım atmaq mümkün deyil. 

Saxlanacağı təqdirdə qayda pozucusunu bir neçə min avro cərimə və ya həbs gözləyir. 

Qeyd edək ki, polis skuterə müdaxilə olunduğu qənaətindədir. Belçikada bu texnikaya icazə verilən maksimal sürət 20 km/saatdır. Avropa şirkətləri belə sürətli skuter istehsal etmir.