“Erməni ilə yoldaş oldunsa, gərək çomağı əldən yerə qoymayasan”
    • 6-10-2023, 11:23
    • 191

“Erməni ilə yoldaş oldunsa, gərək çomağı əldən yerə qoymayasan”

“Mən Ermənistanda anadan olduğuma, vaxtilə ermənilərlə bir yerdə yaşadığıma görə onlara etibar etmirəm. Onları partiyamın kandarından içəri buraxmaram”.

News24.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, ADP lideri Sərdar Cəlaloğludan fərqli olaraq, Qarabağ ermənilərini öz partiyasına üzv qəbul etməyə hazır deyil:

“Ermənilər işləri keçənə qədər sənin qarşında diz çöküb, əyilərlər. Amma işləri bitəndən sonra xəyanət edəcəklər. Onları bağışlamaq olmaz. Bu gün bəziləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir, amma bu, mümkün deyil. Bir yerə toplaşandan sonra yenidən hücuma keçəcəklər. 

Erməniləri yaxşı tanıdığıma görə onları partiyama buraxa bilmərəm. Hətta nəinki partiyama, içimizə belə buraxa bilmərik. Bu gün içimizdə bizə xəyanət edən ermənilər bəyəm azdırmı?! Sabah onları Müasir Müsavata qəbul etsək, gedib partiya adından bəyanat verəcəklər ki, Azərbaycandan ayrılırıq. Odur ki heç bir güzəşt olmamalıdır. Onlar düşməndir, düşməndən dost olmaz. Erməni ilə yoldaş oldunsa, gərək çomağı əldən yerə qoymayasan. 

Qısası, onlara şərait yaratmaq lazım deyil ki, sabah siyasi partiyalara üzv olsunlar. Axı onlar nəyə görə burada qalmalıdır? Ermənistanda bir nəfər azərbaycanlı qalıb? Əgər onlar Xankəndidə yenidən yerləşirlərsə, onda bizi də Göyçədə, Basarkeçərə, Zəngəzura, Dərələyəzə, Vediyə yerləşməliyik”.

H. Hacıyev Xankəndi meri olmaq arzusundan da əl çəkməyib: 

“Bir ermənini şəhərə komendant təyin ediblər, bu, düzgün deyil. Sərhəddə bir cür müsahibə verirlər, o tərəfə keçəndə başqa cür. Əlbəttə, Xankəndinin meri azərbaycanlı olsa, daha yaxşıdır. Erməni mer olsa, yenidən separatçılar şəhərə doluşacaq. Ona görə də məsələlərin ağıllı şəkildə həll etməliyik. 

Cənab Prezident məsləhət bilsə, Xankəndiyə gedərəm. Gəncləri başıma yığıb Xankəndini Azərbaycanın ikinci paytaxtı etmək olar”.