Daha bir yüksək vəzifəyə TƏYİNAT
    • 6-10-2023, 13:31
    • 136

Daha bir yüksək vəzifəyə TƏYİNAT

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Hüquq departamentinə yeni direktor təyin edilib.

News24.az xəbər verir ki, televiziyadan APA-ya verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Keçirilən iclasda şirkətin Hüquq departamentinin Baş hüquqşünası Aytac İsmayılovanın Hüquq departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.