Xankəndidəki partlayışla bağlı yeni detallar ÜZƏ ÇIXDI
    • 9-10-2023, 10:55
    • 463

Xankəndidəki partlayışla bağlı yeni detallar ÜZƏ ÇIXDI

Sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni detallar üzə çıxıb.

News24.az xəbər verir ki, “The Armenian Times” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.

Nəşr yazır ki, benzin anbarında baş verən güclü partlayışı ermənilər qəsdən törədib:

“Qarabağ sakinlərinə Ermənistana getmək üçün verilən benzin “ordu”nun (keçmiş qondarma silahlı dəstələr – red.) ehtiyat yanacağıdır. Proses razılaşdırılmayıb və hər kəs lazım olan miqdarda benzini özü götürüb. Bir neçə yerdən benzin gəlirdi, insanlar hay-küy salırdı, tez benzin götürüb getməyə çalışırdılar. Sakinlərdən biri benzin çənini qazma (drel) ilə deşmək istəyərkən, nəticədə partlayış baş verib”, - erməni KİV yazıb.

Qeyd edək ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.

Akqabay