Sabunçuda ev yandı
    • 10-10-2023, 20:37
    • 182

Sabunçuda ev yandı

Sabunçuda ev yanıb.

News24.az  xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 5 p.m və 1 ədəd soyuducu qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.