Qadın səkidəki quyuya düşdü - ŞOK OLAY
    • 11-10-2023, 16:30
    • 159

Qadın səkidəki quyuya düşdü - ŞOK OLAY

İstanbulun Şişli şəhərində qorxunc hadisə baş verib. Səki naməlum səbəbdən uçub və  36 yaşlı qadın çökmə nəticəsində yaranan çuxura düşüb.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hadisə Şişli Ortabayır məhəlləsində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və qadın quyudan çıxarılıb. Yüngül xəsarətlərlə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan qadının vəziyyətinin stabil olduğu bildirilib. 

Qeyd edək ki, həmin ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Ülkər ABDURAHMANLI