Misir hücumdan 3 gün əvvəl İsrailə XƏBƏRDARLIQ EDİB
    • 11-10-2023, 20:20
    • 265

Misir hücumdan 3 gün əvvəl İsrailə XƏBƏRDARLIQ EDİB

Misir HƏMAS-ın hücumundan 3 gün əvvəl İsrailə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkaul bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmisi qeyd edib ki, İsrail HƏMAS döyüşçülərinin genişmiqyaslı hücum həyata keçirməsindən üç gün əvvəl Misirdən potensial zorakılığa dair xəbərdarlıq alıb.

“Biz bilirik ki, Misir üç gün əvvəl israilliləri belə bir hadisənin baş verə biləcəyi barədə xəbərdar edib. Mən məxfiliyə çox girmək istəmirəm, lakin xəbərdarlıq edildi”, - deyə respublikaçı Maykl Makkaul vurğulayıb.

İsrail Baş naziri Benyamin Netanyahu hücumdan əvvəl Misirin kəşfiyyat rəhbəri tərəfindən HƏMAS-ın planları ilə bağlı xəbərdarlıq edildiyini dəfələrlə təkzib edib.

Akqabay