Xaricdə təhsil almağın üstünlükləri nədir? - ARAŞDIRMA
    • 12-10-2023, 18:36
    • 217

Xaricdə təhsil almağın üstünlükləri nədir? - ARAŞDIRMA

Xaricdə təhsil almaq istəyən bir çox şəxs var ki, haradan və necə başlayacağını bilmir.

Onlara kömək etmək məqsədilə News24.az olaraq araşdırma yazımızı təqdim edirik.

Gənclər niyə xaricdə təhsil almaq istəyir?

Bunun bir çox fərqli cavabları var. Bir çox insan xaricdə yaşamaq üçün və yaxud xarici ölkələri gəzib görmək üçün ölkədən kənarda təhsil almaq istəyir. Xaricdə təhsil almaq istəyənlərin əksəriyyəti isə ixtisaslı kadr kimi yetişmək üçün bunu istəyirlər.

Hansı ölkədə və yaxud universitetdə təhsil alsam daha effektiv olar?

Xaricdə təhsil almaq istəyən tələbələrin ağlında əsasən bir universitet və yaxud ölkə olur. Əgər yoxdursa, iki istiqamətə baxmaq lazımdır. Birincisi, keyfiyyətli təhsil almaq üçün ilk növbədə universiteti seçmək lazımdır. Bəs universiteti hansı meyarlara görə seçməliyik deyirsinizsə, ixtisasınız üzrə ən yaxşı ixtisalaşmış universiteti seçmək və eyni zamanda, universitetlərin sıralamalarına da diqqət yetirmək lazımdır. 

Əgər magistratura, doktorantura oxumaq istəyirsinizzsə və yaxud akademik karyera düşünürsünüzsə, ixtisaslaşmış universitetlərin rolu böyükdür.

Universietlərdə hansı dərslərin tədris olunduğunu bilmək üçün oxumaq istədiyiniz universitetin rəsmi web səhifəsinə baxa bilərsiniz.

İş imkanları üçün xaricdə oxumaq istəyənlər universitet sıralamasından daha çox həmin universitetin məzunlarının harada işləməsinə baxmalıdır. Bunun üçün internet web səhifələrində statistika və yaxud məzunlar kimi səhifələr olur. Həmin səhifələrdə universitet məzunlarının hansı qurumda və hansı vəzifədə işləməsi ilə bağlı məlumatlar yerləşdirilir. Digər əsas məfhum isə getmək istədiyiniz ölkədə xarici vətəndaşlar üçün yaradılan iş imkanlarıdır.

Tələbə olarkən işləmək də ən böyük avantajlardan biri hesab olunur. Məsələn Amerikada həftəlik 20 saat işləmək imkanı verilir. Və bu iş mütləq kampus daxilində olmalıdır.

Hazırlaşmağa nə vaxtdan başlamaq lazımdır?

Oxumağa başlamazdan 2 il əvvəl hazırlaşmaq lazımdır.

Necə araşdırma etmək olar?

Araşdırma etmək və təqaüd proqramlarını öyrənmək üçün Təhsil Nazirliyinin web səhifəsində yerləşdirilən hökumətlərarası təqaüd proqramlarını araşdırmaq olar.

Müraciət üçün lazım olan sənədlər və deadlinelar müraciət etmək istədiyiniz universitetin web səhifəsindən tapa bilərsiniz.

Ülkər