Prezidentin Xankəndi səfəri Ukrayna MEDİASINDA - FOTO
    • 15-10-2023, 22:59
    • 246

Prezidentin Xankəndi səfəri Ukrayna MEDİASINDA - FOTO

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı xəbərlərə geniş yer ayırıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.