"Sionist rejimi son günlərini yaşayır” - Əli Əkbər
    • 18-10-2023, 09:57
    • 254

"Sionist rejimi son günlərini yaşayır” - Əli Əkbər

“Qəzzanın Əl-Əhli xəstəxanasında yüzlərlə məzlum və müdafiəsiz fələstinlinin şəhid olması və yaralanması müasir tarixdə görünməmiş cinayətdir".

News24.az xəbər verir ki, bunu Dünya İslam Oyanışı Forumunun baş katibi Əli Əkbər Vilayəti deyib.

"Bu iyrənc cinayət göstərdi ki, bu müqəddəs ərazidə və ilahi peyğəmbərlərin mənşəyində artıq sionistlərə yer yoxdur. Şübhəsiz ki, bu xərçəng şişinin kökünü kəsməkdən başqa çarə yoxdur. Sionist rejimi son günlərini yaşayır”, - deyə o qeyd edib.

Aynurə