Fatimə:
    • 18-10-2023, 10:30
    • 324

Fatimə: "Həyat necə qısa və mənasız olub"

“Allah bizi dünyaya gətirir və bir gün də alır. Amma mən artıq depressiyaya düşürəm. Son günlər ölümləri eşitməkdən ürəyim paramparça olur”.

News24.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. 

“Nə olar Allahım, bu cavanlarımızı qoru. Bəlalardan, şərdən, böhtanlardan qoru. Nə olar ki, ömürləri uzansın. İtirə-itirə gedirik. Təəssüf ki, bəziləri anlamır. Həyat necə qısa və mənasız olub, bir başa düşsəydiniz” – deyə o vurğulayıb.