Müharibədə kimlər qazandı? - Politoloq AÇIQLADI
    • 18-10-2023, 16:33
    • 111

Müharibədə kimlər qazandı? - Politoloq AÇIQLADI

“Qəzzada xəstəxanaya hansı tərəfin – İsrailin, yoxsa Həmasın zərbə endirməsi beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir. Qəzzaya əməliyyat keçirən tərəf İsrail olduğu üçün ilk diqqət onun üzərinə yönəlir. Həmçinin keçmiş təcrübə də belə düşünməyə əsas verir. Lakin Təl-Əviv bu ittihamı qəbul etmir”.

News24.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı “Facebook” paylaşımında qeyd edib.

İsrailin əməliyyata başlayanda beynəlxalq ictimai rəydə qazandığı “haqlı” mövqeyi zəiflədi, o cümlədən, ilk hücuma keçəndə Həmas haqda yaranan mənfi rəy azaldı. Hadisədə müharibənin davam etməsini və müsəlman dünyasının İsrailə qarşı birləşməsini, eləcə də ərəb ölkələrinin İsraillə normallaşan, döyüşlər başlayandan sonra isə çıxılmaz vəziyyətə düşmüş münasibətlərinin daha da kəskinləşməsini istəyən tərəflər də maraqlı ola bilər”.

 Ayşən