İran və Rusiya səfirləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər
    • 19-10-2023, 01:20
    • 221

İran və Rusiya səfirləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

İran və Rusiyanın Azərbaycandakı səfirləri Abbas Musəvi və Mixail Yevdokimov Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomatlar Cənubi Qafqazla yanaşı, İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.