Orduda qaydalar sərtləşdirilir - Müdafiə Nazirliyindəm XƏBƏRDARLIQ / RTV VİDEO
    • 19-10-2023, 12:09
    • 225

Orduda qaydalar sərtləşdirilir - Müdafiə Nazirliyindəm XƏBƏRDARLIQ / RTV VİDEO

Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

News24.az xəbər verir ki,  bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.