Bu hərbçilər ordu sıralarından xaric edildi - RƏSMİ AÇIQLAMA - FOTO
    • 19-10-2023, 12:06
    • 208

Bu hərbçilər ordu sıralarından xaric edildi - RƏSMİ AÇIQLAMA - FOTO

Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, məlumatda deyilir:

Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər.

Buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.

Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.