Kənd sakinləri arasında qarşıdurma YAŞANDI
    • 19-10-2023, 16:37
    • 191

Kənd sakinləri arasında qarşıdurma YAŞANDI

"Vahid Milli Hərəkat" partiyasının bir qrup fəalının Bidzina İvanişvilinin doğulduğu yerə, Saçxere bələdiyyəsinin Corvili kəndinə getmələri qarşıdurmaya səbəb olub.

News24.az xəbər verir ki,  sözügedən kənddə "VMH" və "Gürcü arzusu"nun dəstəkçiləri, həmçinin bir qrup kənd sakini arasında qarşıdurma yaşanıb.

Bir qrup yerli sakinin sözlərinə görə, onlar kəndlərində siyasi aksiyanın baş tutmasını istəmirlər.

Gürcüstanın üçüncü prezidentinin (Mixeil Saakaşvilinin) nümayəndəsi Sofo Caparidze isə qeyd edib ki, hökumət onların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırıb.

Məlumat üçün bildirək ki, müxalifət nümayəndələri səhər saatlarında Tbilisidən Corvili kəndinə yola düşüblər. Onlar Bidzina İvanişvilinin sözügedən kənddəki evi qarşısına toplaşaraq ölkənin "ruslaşdırılması"na qarşı etiraz edəcəklərini bildirmişdilər.

Aynurə